İrqçi paylaşım edən deputat üzr istədi
Bizi izləyin

İdman

İrqçi paylaşım edən deputat üzr istədi

Xəbər verdiyimiz kimi, Bundestaqın Yaşıllar Partiyasından olan sədr müavini Katrin Qerinq-Ekkardtın Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun Almaniya – Macarıstan (2:0) oyunundan sonra “X” sosial şəbəkəsində irqçi paylaşım edib.

Deputat “Bu komanda həqiqətən gözəldir. Bir anlıq təsəvvür edin ki, onun üçün yalnız ağdərili alman futbolçular oynasınlar” yazıb.

Publika.az xəbər verir ki, Bu yazını dərc etdikdən sonra siyasətçi ciddi tənqidlərlə üzləşib. İctimai qınaqdan sonra almaniyalı deputat paylaşımı silib daha sonra onun nəşrini silib və səhv mətn seçdiyini qeyd edərək üzr istəyib:

“Almanların 21%-nin milli komandada daha çox ağdərililəri görməyə üstünlük verməsindən üzülürəm. Mən bu komanda ilə fəxr edirəm və ümid edirəm ki, qalan 21%-i razı sala bilərik. Bu fikrə dəstək verdiyimə görə üzr istəyirəm”.

Xatırladaq ki, Avro-2024 başlamazdan əvvəl Almaniyada keçirilən sorğuda vətəndaşların 21%-i milli komandada daha çox ağ dərili futbolçu görmək istədiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm