Güləşçilərimiz Avropa Çempionatına 8 medalla yekun vurdu
Bizi izləyin

İdman

Güləşçilərimiz Avropa Çempionatına 8 medalla yekun vurdu

Bakıda keçirilən U-23 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

Publika.az xəbər verir ki, 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yığmamız 163 xal toplayaraq ilk dəfə komanda hesabında U-23 Avropa çempionu olub.

Anoloji yarışda toplanan xallara görə də özünün ən yaxşı nəticəsini gerçəkləşdirən millimiz ən yaxın izləyicisi Gürcüstanı 25 xal qabaqlayıb.

Türkiyə isə 135 xalla üçüncü yeri tutub.

Xatırladaq ki, komandamızın tərkibində Ziya Babaşov (63 kq) Xasay Həsənli (77 kq), Qurban Qurbanov (82 kq) qızıl, Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medal qazandı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm