"Barselona" bu gün yeni baş məşqçini təqdim edəcək
Bizi izləyin

İdman

"Barselona" bu gün yeni baş məşqçini təqdim edəcək

Alman mütəxəssis Hans-Diter Flik "Barselona"nın yeni baş məşqçisi olacaq.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.

Onun təyinatı bu gün, mayın 27-də rəsmən elan olunacaq. Almaniya millisinin sabiq çalışdırıcısı ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanacaq.

Flik Almaniya millisindən əvvəl "Bayern"i çalışdırıb. Onun rəhbərliyi altında Münhen klubu Çempionlar Liqasının, 2 dəfə Bundesliqanın, Almaniya Kuboku və Superkubokunun, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub.

Qeyd edək ki, "Barsa"nı 2021-ci ilin noyabrından Xavi çalışdırırdı. O, bu gündən etibarən klubdakı fəaliyyətini başa vurub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm