“Beşiktaş” ona görə 20 milyon avro tələb edir
Bizi izləyin

İdman

“Beşiktaş” ona görə 20 milyon avro tələb edir

“Beşiktaş”ın yarımmüdafiəçi Gedşon Fernandeşi “Zenit”ə satmağa hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə Portuqaliyanın “Record” nəşr məlumat yayıb.

İstanbul klubu ona görə 20 milyon avro tələb edir. Qeyd olunur ki, bu məbləğin yarısını yarımmüdafiəçinin əvvəllər çıxış etdiyi “Benfika” alacaq.

“Zenit” 25 yaşlı portuqaliyalının transferi ilə bağlı danışıqları davam etdirir.

Qeyd edək ki, Fernandeş 2022-ci ilin yayında “Benfika”dan 6 milyon avroya “Beşiktaş”a keçib. O, ötən mövsüm İstanbul klubunun heyətində bütün turnirlərdə 45 oyun keçirib, 3 qol vurub, 6 məhsuldar ötürmə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm