"Real"ın futbolçusu Mbappeyə qarğış etdi: Ümid edirəm ki...
Bizi izləyin

İdman

"Real"ın futbolçusu Mbappeyə qarğış etdi: Ümid edirəm ki...

İspaniya millisinin müdafiəçisi Dani Karvaxal "Real"da komanda yoldaşı olacaq fransalı hücumçu Kilian Mbappe haqqında danışıb.

Publika.az xəbər verir ki, o, Mbappeyə Avropa çempionatında uğursuzluq arzulayıb:

"Mən nə deyə bilərəm? O, dünyanın ən yaxşısıdır. Belə futbolçu ən yaxşı komandada oynamalıdır. Ümid edirəm ki, o, Avro-2024-də uğursuzluqla üzləşəcək və avqust ayından etibarən daha yaxşı formada olacaq.

Ona qarşı oynayanda çox əziyyət çəkdim. O, indiyə qədər sürət, texnika və güc baxımından qarşılaşdığım ən çətin rəqiblərdən biridir ”.

Qeyd edək ki, PSJ ilə müqaviləsi başa çatan Mbappe azad agent statusu ilə "Real"a transfer olunub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm