"Real"ın sabiq ulduzu Messi ilə komanda yoldaşı olacaq? - Danışıqlar başladı
Bizi izləyin

İdman

"Real"ın sabiq ulduzu Messi ilə komanda yoldaşı olacaq? - Danışıqlar başladı

“Mançester Yunayted” keçmiş müdafiəçisi Rafael Varan karyerasını ABŞ-ın “İnter Mayami” klubunda davam etdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə jurnalist German Qarsiya Qrov məlumat yayıb.

Mənbənin sözlərinə görə, Florida klubu artıq azad agent statusuna sahib olan Varanla danışıqlara başlayıb.

Qeyd edək ki, Rafael MY-dən əlavə 10 il "Real"da çıxış edib. 93 matçda isə Fransa millisinin formasını geyinib və DÇ-2018-in qalibi olub.

Varanla Madrid klubunda komanda yoldaşı olduğu Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" klubu da maraqlanır.

Xatırladaq ki, “İnter Mayami”də Lionel Messi, Luis Suares, Serxio Buskets və Jordi Alba kimi futbol ulduzları çıxış edir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm