Fernandu Santuşun ilk mətbuat konfransı: Vəd verdi ki...
Bizi izləyin

İdman

Fernandu Santuşun ilk mətbuat konfransı: Vəd verdi ki...

Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuşun ilk mətbuat konfransı keçirilir.

Publika.az xəbər verir ki, portuqaliyalı mütəxəssis öncə təyinatı ilə bağlı fikirlərini bölüşüb:

"Hər birinizi burda görməkdən və bu əməkdaşlıqdan şadam. Danışıqlar prosesinə görə AFFA-ya təşəkkür edirəm. Federasiya bu mərhələdə çox açıq oldu. Qarşıya qoyulan hədəf və proyekt barədə ətraflı məlumat verildi. Bu da qərar verməyimdə böyük rol oynadı. Təbii ki, bu layihə bu günün və ya sabahın layihəsi deyil. Uzun vədəli layihədir. Ümid edirəm ki, federasiya, futbolçular və sizinlə birlikdə bu işin öhdəsindən gələcəyik. Klublarla əməkdaşlıq da önəmlidir. Ümid edirəm ki, biz tarix yazacağıq. Azərbaycan millisi mənimlə birlikdə böyük turnirlərin final mərhələsində iştirak edə biləcək. Mənim başqa təkliflərim də var idi. Ancaq bu layihə məni daha çox cəlb etdi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm