Bu ölkədə Avro-2024-ə görə siyasi qalmaqal yarandı: iclaslar ləğv edildi, ara qarışdı
Bizi izləyin

İdman

Bu ölkədə Avro-2024-ə görə siyasi qalmaqal yarandı: iclaslar ləğv edildi, ara qarışdı

Albaniyada futbol üzrə Avropa çempionatı ilə bağlı siyasi qalmaqal yaranıb.

Publika.az xəbər verir ki, əksər məmurlar qitə birinciliyi üçün Almaniyaya gedəcəkləri üçün parlamentin iclasları 10 gün müddətinə dayandırılacaq.

Parlamentin bu həftə keçiriləcək plenar iclası cümə axşamı günündən çərşənbə gününə təxirə salınıb, gələn həftəyə planlaşdırılan iclasın isə ləğv edilməsinə qərar verilib.

Albaniya Demokratik Partiyasının rəhbəri Qazment Bardi bu vəziyyəti biabırçı adlandırıb. O, baş nazir Edi Ramaya "siz parlamentə mağazanız kimi baxdınız", - deyə bildirib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm