İdman
Çimaev UFC döyüşündən İMTİNA ETDİ - Əlisgərov namizəddir
Birləşmiş Ərəb Əmirliklərini ( BƏƏ ) təmsil edən qarışıq döyüş növləri (MMA) döyüşçüsü Khamzat Çimaev "Ultimate Fighting Championship" (UFC) üzrə avstraliyalı Robert Uittaker ilə döyüşdən imtina edib.
Publika.az xəbər verir ki, bu barədə insayder Benni P "X" sosial şəbəkəsində məlumat verib.
Çimayevin döyüşdən imtina etməsinin səbəbləri açıqlanmır. Mənbənin sözlərinə görə, onu fransalı döyüşçü Nassurdin İmavov əvəz edə bilər. Uittakerə mümkün rəqib kimi rusiyalı İkram Əlisgərovun (Milliyətcə ləzgidir) da adı çəkilir.
Döyüş iyunun 22-də baş tutacaq UFC "Fight Night" turnirində baş tutmalı idi. Tədbirin ikinci ən vacib matçında ruslar Sergey Pavloviç və Aleksandr Volkov qarşılaşacaq.
30 yaşlı Çimaev peşəkar karyerasında 13 döyüş keçirib və bir dəfə də olsun məğlubiyyətlə üzləşməyib. Əvvəllər idmançı İsveçdə oynayıb, indi isə BƏƏ və "Qroznı Axmat" komandasını təmsil edir.
Uittaker 32 döyüşdə 25 qələbə qazanıb.
Hüseyn İbadlı
-
Rəsmi xronika11:33
İlham Əliyev Aleksandr Vlaskampı qəbul etdi - FOTO
-
Hadisə11:14
Güclü yağış nəticəsində Bakıda ev uçdu: Bir nəfər... - VİDEO
-
Sosial10:48
Torpağını saxta sənədlə satdılar, məhkəməni uddu - Tovuz Ərazi İdarəsi qətnaməni niyə icra etmir? - FOTOFAKT
-
Magazin110:36
Aparıcı İlkin Həsəni bu videonu paylaşmaqla qanunları pozub?
-
Sosial10:04
Bakıda sərnişin avtobusu suyun içində qaldı - Sərnişinlər... - VİDEO
-
MDB09:06
Rusiyada bu zavoda PUA düşdü - YANIR
-
Sağlamlıq08:48
Antibiotiklərlərlə bağlı TƏHLÜKƏ: 40 milyon adam ölə bilər
-
Elm və təhsil08:42
Bu universitetlərdə yağış tavandan içəri axdı - VİDEO