İdman
Musa Qurbanlı yenidən “Qarabağ”da
“Qarabağ” yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.
Publika.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi hücumçu Musa Qurbanlını heyətinə cəlb edib.
Klubla 22 yaşlı forvard arasında üç illik müqavilə imzalanıb.
İsveçin “Yurqorden” klubundan transfer olunan futbolçu 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.
Qeyd edək ki, Qurbanlı peşəkar karyerasına “Qarabağ”da başlayıb.
O, 2019-2020-ci illərdə komandanın formasını geyinib. Forvard 2021-ci ilin ilk yarısında icarə əsasında “Zirə”də çıxış edib. 2021-ci ilin iyunundan klubun uğurları üçün çalışan Musa 2023-cü ilin yayında “Qarabağ”dan İsveç klubuna transfer edilib.
Xatırladaq ki, klubun yeni transferi Azərbaycan milli komandasında 14 oyunda 3 qol vurub.
-
Rəsmi xronika11:33
İlham Əliyev Aleksandr Vlaskampı qəbul etdi - FOTO
-
Hadisə11:14
Güclü yağış nəticəsində Bakıda ev uçdu: Bir nəfər... - VİDEO
-
Sosial10:48
Torpağını saxta sənədlə satdılar, məhkəməni uddu - Tovuz Ərazi İdarəsi qətnaməni niyə icra etmir? - FOTOFAKT
-
Magazin110:36
Aparıcı İlkin Həsəni bu videonu paylaşmaqla qanunları pozub?
-
Sosial10:04
Bakıda sərnişin avtobusu suyun içində qaldı - Sərnişinlər... - VİDEO
-
MDB09:06
Rusiyada bu zavoda PUA düşdü - YANIR
-
Sağlamlıq08:48
Antibiotiklərlərlə bağlı TƏHLÜKƏ: 40 milyon adam ölə bilər
-
Elm və təhsil08:42
Bu universitetlərdə yağış tavandan içəri axdı - VİDEO