Avro-2024-ün canlı yayımında arıların hücumuna məruz qaldılar
Bizi izləyin

İdman

Avro-2024-ün canlı yayımında arıların hücumuna məruz qaldılar

Keçmiş futbolçular Qari Lineker, Rio Ferdinand, Sesk Fabreqas və Mayk Riçards çöl arılarının hücumuna məruz qalıb.

Publika.az xəəbr verir ki, bu, Avropa çempionatının Serbiya - İngiltərə oyununun müzakirəsi zamanı baş verib. Matçın fasiləsi zamanı BBC kanalınıb analitika studiyası oyunun ilk yarısını təhlil etmək üçün açıq havada yayım edib.

Ancaq onlar bu zaman heç də xoş olmayan sürprizlə üzləşiblər. Sabiq futbolçular çöl arıları sürüsü tərəfindən hücuma məruz qalıblar. Ancaq çətinliklə də olsa, yayıma davam ediblər

Qeyd edək ki, sözügedən matçın İngiltərə millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 13-cü dəqiqədə Cud Bellinqem vurub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm