Cüdoçularımız Avropa Kubokunda birinci oldu - FOTO
Bizi izləyin

İdman

Cüdoçularımız Avropa Kubokunda birinci oldu - FOTO

Azərbaycan cüdoçuları Sloveniyanın Podçetrtek şəhərində keçirilən böyüklər arasında Avropa Kubokunda medal əyarına görə ilk sırada yer alıblar.

Publika.az xəbər verir ki, milli komanda iki günün nəticəsinə əsasən 4 qızıl, 1 gümüş və 3 bürünc mükafat qazanaraq ümumi hesabda və kişilər arasında birinci yeri tutub.

Yarışın ikinci günündə Məhərrəm İmamverdiyev (81 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İmran Yusifov qızıl, Camal Feyziyev (hər ikisi +100 kq) bürünc medal əldə edib.

Ruslan Nəsirli (100 kq) yarışı 7-ci yerdə tamamlayıb.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm