Türkiyə AÇ-yə qələbə ilə başladı - VİDEO / YENİLƏNDİ
Bizi izləyin

İdman

Türkiyə AÇ-yə qələbə ilə başladı - VİDEO / YENİLƏNDİ

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda baş tutan Türkiyə - Gürcüstan matçında Türkiyə komandası 3:1 hesablı qələbə qazanıb.

Publika.az xəbər verir ki, Mərt Müldür 25-ci, Arda Gülər 65-ci dəqiqədə fərqlənib.

Türkiyə millisində son nöqtəni Kərəm Aktürkoğlu 90+7-ci dəqiqədə qoyub. Gürcüstan millisinin yeganə qolunu isə 32-ci dəqiqədə Georgi Mikautadze vurub.

xxx

21:24

Türkiyə hesabda önə keçib.

Publika.az xəbər verir ki, Arda Gülər 66-cı dəqiqədə fantastik qol vurub.

Hesab: 2-1 - Görüş davam edir.

xxx

20:24

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda keçirilən Türkiyə - Gürcüstan matçında hesab bərabərləşib.

Publika.az xəbər verir ki, Georgi Mikautadze bərabərliyi təmin edib.

Türkiyə millisindən Mərt Müldür matçın 25-ci dəqiqəsində fərqlənib.

Görüş davam edir.

xxx

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda keçirilən Türkiyə - Gürcüstan matçında hesab açılıb.

Publika.az xəbər verir ki, Mərt Müldür matçın 25-ci dəqiqəsində gürcüləri cəzalandırıb.

Görüş davam edir.

xxx

20:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda mübarizəyə start verilib.

Publika.az xəbər verir ki, I turun Türkiyə - Gürcüstan metçı Bakı vaxtı ilə 20:00-da başlayıb.

Qarşılşamanı argentinalı hakim Fakundo Telyo idarə edir.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm