"Siti" çıxılmaz vəziyyətdə: Maxinasiyaları sübut edən sənədlər üzə çıxdı
Bizi izləyin

İdman

"Siti" çıxılmaz vəziyyətdə: Maxinasiyaları sübut edən sənədlər üzə çıxdı

“Football Leaks”in yaradıcısı Rui Pinto “Mançester Siti”nin qanun pozuntuları ilə bağlı sənədləri dərc etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, o, hesabatlarda kluba daxil olan və futbol rəhbərliyinə bildirilməyən məbləğlər göstərildiyini bildirib. Sənədlər Premyer Liqanın “Siti” ilə bağlı araşdırmasının bir hissəsidir.

“Mən Fransa və Almaniya hakimiyyətinə “Mançester Siti” də daxil olmaqla milyonlarla sənədin olduğu beş “hard disk” verdim və onların hər birində nə olduğunu izah etdim. Əminəm ki, onlar cinayət baxımından əhəmiyyətlidir”, – deyə Pinto bildirib.

Sənədlərin dəqiq nə vaxt dərc olunacağı barədə məlumat verilmir.

Qeyd edək ki, fevralın 6-da Premyer Liqa “Mançester Siti”ni çoxsaylı maliyyə qaydalarını pozmaqda ittiham edib. Məlumata görə, klub 2009/10 mövsümündən 2017/18 sezonuna qədər maliyyə feyr-pley qaydalarını pozub. Günahkar olduğu sübuta yetirilərsə, “Siti” xalların silinməsi də daxil olmaqla, bir sıra cəzalarla üzləşə bilər.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm