İdman
Zubirin "Qarabağ" macərası bitir: Onun "saqqızını" hansı məbləğə oğurlayıblar?
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Qarabağ" paralel olaraq transfer çalışmalarına diqqət ayırıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisinin heyətində bir sıra dəyişikliklər edilib. Qapıçı Fabian Buntiç yeni transfer edilibsə, hücumçu Musa Qurbanlı 1 illik "Yurqorden" macərasından sonra geri qayıdıb. Bəhlul Mustafazadə, Nəriman Axundzadə və Riçard Almeyda ilə yeni müqavilə imzalanıb. Eyni zamanda, Adama Diakabi və Andrey Lunyov ilə yollar ayrılıb.
Ancaq "Qarabağ"ı tərk edəcək futbolçuların sayı arta bilər. Bir neçə belə namizəd var ki, onlar arasında ən cəledici ad Abdulla Zubirdir. Fransalı vingerin Ağdam təmsilçisi ilə müqaviləsi bu ayın son günündə başa çatacaq. Onunla yeni sözləşmə üçün bir müddətdir davam edən danışıqlar nəticə vermir.
Bunun əsas səbəbi Zubirin Avropa və Səudiyyə Ərəbistanı klublarından aldığı cəlbedici təkliflərdir. Onların demək olar hamısı fransalı futbolçuya "Qarabağ"dan daha yaxşı maliyyə şərtləri təklif edirlər. Karyerasının qürub çağına başlayan Abdulla isə bu fürsəti geri çevirməyə tərəddüd edir.
Zubir ya lideri və kapitanlarından biri olduğu "Qarabağ"ın 2 illik və ümumi dəyəri 2 milyon manat (təqribən 1,1 milyon avo) olan sözləşmə təklifini qəbul etməlidir, ya da təqribən 2 dəfə yaxşı şərtlərlə başqa kluba üz tutmalıdır. Fransa təmsilçiləri ona illik 1 milyon avroya qədər, ərəblər isə daha yüksək məbləğdə maaş təklif edirlər.
Zubir bu həftə ərzində qərar verməlidir.
Heybət
-
Yaxın Şərq28 Sentyabr 23:20
ABŞ-ın bu ölkədəki səfirliyi mühasirəyə alındı - VİDEO
-
Region28 Sentyabr 23:11
Elan edildi: İran bu ölkəyə qoşun göndərir
-
Sosial28 Sentyabr 19:13
Faciəvi şəkildə ölən Arzunun nişanlısı: "Allah mənim bəlamı versin" - FOTO
-
Hadisə28 Sentyabr 19:02
Qadınla əlbir olub yarım milyonu mənimsəyən Hüseyn görün kim imiş - FOTO
-
Nida Xəbər 28 Sentyabr 18:07
18 yaşlı oğlandan inanılmaz əməl: Qadınla əlbir olub 700 min pulu... - VİDEO
-
İdman28 Sentyabr 18:00
Ehtiram Quliyev Bakının bu kəndində 5 hektar torpaq aldı: Məqsədi nədir?
-
Yaxın Şərq28 Sentyabr 17:31
Türkiyə Həsən Nəsrullahın öldürülməsinə belə REAKSİYA VERDİ
-
MDB28 Sentyabr 17:10
Azərbaycanın yaxın dostu ağır xəstəliyə tutulub? - RƏSMİ AÇIQLAMA