"Sabah" "Bakılı balası"nı qaytardı - VİDEO
Bizi izləyin

İdman

"Sabah" "Bakılı balası"nı qaytardı - VİDEO

Transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Publika.az xəbər verir ki, almaniyalı vinger Coy-Lens Mikelslə 1+1 illik müqavilə bağlanıb.

Mikels daha öncə, 2021-2023-cü illərdə də “Sabah”ın uğurları üçün çalışıb, ötən yay Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubuna keçib. Futbolçu "bayquşlar"a azad agent kimi qoşulub.

“Sabah”da keçirdiyi 69 oyunda 33 dəfə fərqlənən Mikels, klubun heyətində ən çox qol vurmuş futbolçudur.

Qeyd edək ki, klub Mikelsi futbolçunun sevimli mahnısı olan və qələbələri qeyd edən zaman ifa etdiyi "Bakılı balasıyam" mahnısı ilə təqdim edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm