"Neftçi"nin yeni rəhbərləri "Qarabağ" azarkeşi çıxdı - ŞOK FOTOFAKTLAR
Bizi izləyin

İdman

"Neftçi"nin yeni rəhbərləri "Qarabağ" azarkeşi çıxdı - ŞOK FOTOFAKTLAR

Bu gün "Neftçi"nin yeni Müşahidə Şurasının tərkibi açıqlanıb.

Publika.az xəbər verir ki, Şuranın sədri Hafiz Zeynalov, üzvləri isə Emin Əmrullayev, Orxan Sultanov, Fərid Hacıyev, Emil Alxaslı, Bəxtiyar Aslanbəyli və Afaq Məmmədova seçilib.

Bəlkə də çox az adam fərqinə varıb. "Neftçi" kimi klubun rəhbərliyində yer alan şəxslərin heç birinin futbol ilə birbaşa əlaqəsi yoxdur. Siyahıda yer alanlardan 2-3 nəfər sadəcə azarkeş olaraq kluba bağlı olub. Onlardan biri yeniyetmə yaşlarında tribunada azarkeş qrupunun tərkibində "ağ-qaralar"a dəstək olub.

Bu gün "Neftçi"nin Müşahidə Şurasının üzvülüyünə daha 4 nəfər təsdiqlənib. Söhbət Fərid Hacıyev, Emil Alxaslı, Bəxtiyar Aslanbəyli və Afaq Məmmədovadan gedir. Hər biri neft sahəsində çalışır. Onlardan yalnız Bəxtiyar Aslanbəyli SOCAR-da fəaliyyət göstərmir.

Kiçik araşdırma nəticəsində Emil Alxaslı və Bəxtiyar Aslanbəyli haqqında maraqlı məlumat əldə etdik. Hər iki şəxs "Neftçi"nin əzəli rəqibi olan "Qarabağ"ın azarkeşləridir. Onlar "Facebook" səhifələrində profil şəkllərinə əvvəllər Ağdam klubunun loqosunu yerləşdiriblər. Bəxtiyar Aslanbəyli daimi olaraq "köhlən atlar"ın oyunlarında iştirak edir və komanda ilə bağlı paylaşımlar edir.

"Neftçi" azarkeşləri artıq duyuq düşüblər. Onlar Bəxtiyar Aslanbəylinin "Qarabağ" loqosu olan profil şəklinə rəy yazaraq etirazlarını bildiriblər. Hətta onlardan birinin sualı maraq doğurur: "Maraqlıdır ki, "Qarabağ" azarkeşi olaraq "Neftçi"yə necə faydalı olacaqsınız?"

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm