AVRO-2024: D qrupunda III turun oyunları başladı
Bizi izləyin

İdman

AVRO-2024: D qrupunda III turun oyunları başladı

Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində III turun növbəti oyunları start götürüb.

Publika.az xəbər verir ki, D qrupunda Niderland - Avstriya və Fransa - Polşa matçları Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Qarşılaşmaları müvafiq olaraq slovakiyalı İvan Krujlyak və italiyalı Marko Quida idarə edirlər.

Qeyd edək ki, hazırda Niderland və Fransa yığmalarının dörd, Avstriyanın isə 3 xalı var. Polşanın xalı yoxdur. AVRO-2024 iyulun 14-də başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm