Avstriya 1/8 finala vəsiqə qazandı - YENİLƏNDİ
Bizi izləyin

İdman

Avstriya 1/8 finala vəsiqə qazandı - YENİLƏNDİ

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının D qrupunda III turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, Niderland millisi Avstriya ilə üz-üzə gəlib.

Qarşılaşma "narıncılar"ın məğlubiyyəti ilə bitib - 2:3.

Beləliklə, Avstriya yığması qrup lideri kimi 1/8 finala yüksəlib.

xxx

Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Niderland - Avstriya oyununda beşinci qol vurulub.

Publika.az xəbər verir ki, avstriyalı Marsel Sabitzer 80-ci dəqiqədə növbəti dəfə "narıncılar"ı məyus edib - 3:2.

Fransa - Polşa görüşündə isə ikinci qol vurulub - 1:1. Polşalı Robert Levandovski 79-cu dəqiqədə (penalti) hesabı bərabərləşdirib.

21:37

Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Niderland - Avstriya oyununda dördüncü qol vurulub.

Publika.az xəbər verir ki, "narıncılar" növbəti dəfə hesabı bərabərləşdiriblər - 2:2.

Memfis Depay 75-ci dəqiqədə fərqlənib.

Fransa isə Polşa ilə görüşdə hesabda öndədir - 1:0.

xxx

Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Niderland - Avstriya oyununda ikinci qol vurulub.

Publika.az xəbər verir ki, "narıncılar" matçda tarazlığı bərpa ediblər - 1:1.

47-ci dəqiqədə Kodi Qapko fərqlənib.

Fransa - Polşa matçında isə hesab açılmayıb.

xxx

Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Niderland - Avstriya oyununda hesab açılıb.

Publika.az xəbər verir ki, niderlandlı Doniell Malen 6-cı dəqiqədə avtoqol müəllifi olub.

Fransa - Polşa matçında isə hesab bərabərdir - 0:0.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm