Fransa Polşanı uda bilmədi, amma... - YENİLƏNDİ
Bizi izləyin

İdman

Fransa Polşanı uda bilmədi, amma... - YENİLƏNDİ

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının D qrupunda III turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, Fransa Polşa ilə heç-heçə edib - 1:1.

Qrupu Avstriya yığması lider kimi tamamlayıb və 1/8 finala yüksəlib. Fransa millisi isə ikinci yerin sahibi kimi növbəti mərhələyə vəsiqə qazanıb. Niderland ən yaxşı qrup üçüncüsü kimi pley-off şanslarını davam etdirir. Polşa isə yarışla vidalaşmalı olub.

xxx

Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Fransa - Polşa oyununda hesab açılıb.

Publika.az xəbər verir ki, Kilian Mbappe 56-cı dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Avstriya isə Niderlandla görüşdə yenidən hesabda önə keçib - 2:1. 59-cu dəqiqədə Romano Şmid "narıncılar"ı məyus edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm