Messi zədələndi: Hərəkət etmək çətin idi
Bizi izləyin

İdman

Messi zədələndi: Hərəkət etmək çətin idi

Amerika Kubokunun 2-ci tur matçında Argentina Çilini 1:0 hesabı ilə məğlub edib.

Publika.az xəbər verir ki, bu oyunda argentinalı hücumçu Lionel Messi sağ ayağının kövrək əzələsini zədələyib. O, bu barədə oyundan sonra məlumat verib.

“Ayağım məni bir az narahat etsə də, oyunu bitirə bildim. Ümid edirəm ciddi bir şey yoxdur. İlk hissənin əvvəlində mənim üçün çətin oldu. Narahatlığa görə sərbəst hərəkət etmək çətin idi. Sabah bununla bağlı nə edəcəyimi görəcəyəm”.

Qeyd edək ki, Çilidən əvvəl ilk turda Kanadanı məğlub edən Argentina A qrupundakı xallarının sayı 6-a çatdırıb və 1/4 finala vəsiqə qazanan ilk komanda olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm