Kurban Berdıyev Tovuzda özündən çıxdı: Bu nə bazadır, məni hara gətiribsiniz?
Bizi izləyin

İdman

Kurban Berdıyev Tovuzda özündən çıxdı: Bu nə bazadır, məni hara gətiribsiniz?

Yeni mövsümə yeni məşqçi ilə başlamaq istəyən “Turan Tovuz”un düşərgəsində qaranqaraçılıq düşüb. Bunun səbəbkarı baş məşqçi Kurban Berdıyevdir.

Publika.az-ın əldə etdiyi məlumata görə, klubun bazası və stadionu ilə tanış olmaq üçün Tovuza yollanan rusiyalı mütəxəssis orada gördüklərindən şoka düşüb. Süni örtüklü meydança və bazanın vəziyyəti Berdıyevi qəzəbləndirib.

O, “məni hara gətirmisiniz”, “bu nədir”, “belə meydançada futbol oynayarlar”, “bu nə bazadır” kimi cavabsız suallarla qışqır-bağır salıb.

O, “Turan Tovuz” rəhbərliyinə belə şəraitdə işləməyin çətin olacağını bildirib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm