Elm və təhsil
Bu rayonda BİABIRÇI NƏTİCƏ: onlarla müəllim işini itirəcək, bəs saxta diplom verənlər?
"Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Astarada hər üç müəllimdən biri ilə sağollaşmalı olacağıq. Nazir qeyd edib ki, həmin rayon üzrə zəif nəticə çoxdur.
Mövzu ilə bağlı Publika.az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, burada həm saxta diplom, həm də təhsil sisteminin düzgün qurulmaması amilləri var:
“Bu, ictimai bəladır. Saxta diplom verilmə halları təkcə təhsil sistemində deyil, dövlət idarələri və müxtəlif yerlərdə də kütləvi şəkildə ayrı-ayrı adamların yerləşməsini təmin edir. Bu halda Mirzə Cəlilin “Ölülər” əsərindəki faciə baş verəcək. Heç kəs istəməyəcək ki, ölüsü dirilsin. Ona görə də məsələnin üzərinə radikal getmək təhsili düzəltməyəcək. Təhsildə hədəf olmalıdır ki, inkişaf da olsun. Elə şəxslər var ki, sertifikasiyadan keçməsə belə məktəb mühitinə daha yaxındırlar. Digər məsələsə isə məktəb direktorlarıdır. Bu sahədə də boşluqlar var. Direktorlara müəyyən səlahiyyətlər verilməlidir ki, məktəbin idarə olunmasında özləri də addım ata bilsin”.

Millət vəkili əlavə edib ki, hədsiz mərkəzləşmə təhsili tam çökmüş vəziyyətə gətirib:
“Bir sertifikasiya ilə məktəbi təmizləmək doğru deyil. Məktəblərə baxsaq görərik ki, orada təhsil sisteminə uyğun olmayan xeyli insan var. Onları necə təmizləyəcəyik? Onlar da sertifikasiyaya girəcəklər? Məktəbin sağlamlaşması diqqətə alınmalıdır. Uşaqları məktəbə qaytarmaq lazımdır. Məktəb şagirdə kitab oxuda, mütaliə etdirə bilmirsə, məzun olduqdan sonraki aqibəti necə olacaq? Bütün bu məsələlərə ətraflı baxılmalıdır. Məktəbi təlim və tərbiyə mühiti kimi görərək, orada olan infrastrukturun qurulmasına diqqət yetirmək lazımdır. Müəllimlərin sosial vəziyyəti ilə bağlı ciddi araşdırma aparılmalıdır. Elə bilirlər ki, təhsil sertifikasiyadan asılıdır, bu düzələrsə, məktəb də düzələcək. Doğru yanaşma deyil. Bölgələrdə savadlı müəllimlərin dərs deməsinin tərəfdarıyam, amma savadsız müəllimlərə də diplom verənləri tapmaq lazımdır”.

F.Mustafa vurğulayıb ki, saxta diplom verildikdən sonra nə qədər sertifikasiya edilirsə edilsin, heç nə düzəlməyəcək:
“Bu baxımdan, biz artıq işə düzəlmiş, fəaliyyət göstərən müəllimin uzaqlaşdırılıb yeni bir sosial yükə çevrilməsindən nə qazanırıq? Bunu da düşünmək lazımdır. Ona görə də bu kateqoriyada olan müəllimlərin içində təcrübə amilinə diqqət yetirmək lazımdır. Müəllimlərin hamısını kütləvi şəkildə məktəbdən uzaqlaşdırmaq effekt verməyəcək. Müəllimlərə fərdi yanaşılmalıdır. Sertifikasiyanın keçirilməsinin məqsədi və niyyəti doğru olmalıdır. Biz həqiqətən nə istəyirik: yer boşaltmaq, yoxsa məktəbi sağlamlaşdırmaq? Ona görə də birinci növbədə məktəbə şagirdi bağlamaq lazımdır. Davamiyyət məsələsi həll edilməlidir. Könüllü şəkildə insanlar bu davamiyyətə razılıq verməlidirlər. Bunları həll etsək, məktəbi yenidən bir müqəddəs ocağa çevirə bilərik”.
Aysel Şahmar
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika10 İyun 20:24Prezident Fərman imzaladı
-
Hadisə10 İyun 20:00Bakıda piyada son anda ölümdən döndü - Anbaan video
-
Kriminal10 İyun 18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial10 İyun 16:38Əli Kərimlinin həbs müddəti uzadıldı








.jpg)





.jpg)





















