Məhkəmə qonşunun evinə mişarla hücum edən əfsanə ilə bağlı qərar verdi
Bizi izləyin

İdman

Məhkəmə qonşunun evinə mişarla hücum edən əfsanə ilə bağlı qərar verdi

Münhenin İkinci Dairə Məhkəməsi Almaniya yığmasının sabiq qapıçısı Yens Lemana qarşı əmlaka ziyan vurma və fırıldaqçılıq ittihamına baxıb.

Publika.az "The Sun"a istinadən xəbər verir ki, 2023-cü ilin dekabrında keçmiş futbolçu qonşusunun əmlakına mişarla ziyan vurduğuna və fırıldaq yolu ilə dayanacaqdan istifadə etdiyinə görə 420 min avro cərimələnib. Prokurorluq onun 10 aylıq həbs olunmasını da istəyib.

2022-ci ildə Leman qonşusunun qarajına girib, əvvəl videokameraların naqillərini kəsib və zəncirvari mişarla damın tirini dağıdıb. Bununla belə, kameralar hadisəni qeydə ala bilib. Məhkəmədə idmançı yaddaş itkisindən əziyyət çəkdiyini və bu anı xatırlamadığını bildirib.

Həmçinin 2021 və 2022-ci illərdə Leman 2 dəfə Münhen hava limanında parkinq üçün ödəniş etməyərək parklama qaydalarını pozub.

Sentyabrın 27-də məhkəmə cəriməni 135 min avroya endirib. “Leman məsuliyyəti öz üzərinə götürüb. O, qonşusu ilə razılığa gəlib və parkinq pulunu ödəyib”, - deyə onun qanuni nümayəndəsi bildirib.

Qeyd edək ki, Yens 2011-ci ildə karyerasını başa vurub. O, “Şalke”, “Milan”, “Borussiya Dortmund”, “Arsenal” və “Ştutqart”da çıxış edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm