"Liverpul" van Deyklə bağlı qərar verdi
Bizi izləyin

İdman

"Liverpul" van Deyklə bağlı qərar verdi

"Liverpul" mərkəz müdafiəçisi Vircil van Deyk ilə müqaviləni uzatmaq istəyir.

Publika.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində insayder Nikolo Şkira məlumat verib.

Mənbənin sözlərinə görə, "qırmızılar" 33 yaşlı futbolçunun sözləşməsini 2027-ci ilə qədər uzatçaq istəyir. Van Deykin klubla hazırkı anlaşması 2025-ci ilin yayına kimidir.

Müdafiəçi 2018-ci ildən mersisaydlıların şərəfini qoruyur. Bu müddət ərzində o, bütün turnirlərdə 276 matçda iştirak edib, 24 qol vurub və 12 məhsuldar ötürmə edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm