Fransa millisinin düşərgəsində gərginlik
Bizi izləyin

İdman

Fransa millisinin düşərgəsində gərginlik

Avropa çempionatında çıxış edən Fransa millisinin düşərgəsindəki ab-hava idealdan uzaqdır.

Publika.az xəbər verir ki, “üçrənglilər”in heyətində baş məşqçi Didye Deşamdan narazı olan daha bir futbolçu meydana çıxıb. Bu, fransızların uzun müddətdir lideri olan Antuan Qrizmandır.

"Le Parisien"in məlumatına görə, Qrizmann Polşa ilə matçda start heyətində yer almamasından narazıdır. Futbolçu özünü fiziki və psixoloji tonda saxlamaq üçün müntəzəm oyun təcrübəsi əldə etmək istəyir.

Qeyd olunur ki, Antuanla Fransa millisinin baş məşqçisi arasında müəyyən məsafə var. Deşam artıq Qrizmannla dostluq münasibətləri qurmur və onu əsas komandanın toxunulmaz oyunçusu hesab etmir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm