Əfsanələrə aid əşyalar sərgiyə çıxarıldı
Bizi izləyin

İdman

Əfsanələrə aid əşyalar sərgiyə çıxarıldı

Parisin “La Samaritaine” ticarət mərkəzində Yay Olimpiya Oyunlarına həsr olunmuş “Dünya idman əfsanələri” sərgisi açılıb.

Publika.az xəbər verir ki, eksponatlar arasında amerikalı tennisçi Serena Uilyamsın (2017-ci ildə Avstraliya Açıq çempionatının qalibi olduğu) və ispaniyalı Rafael Nadalın (2018-ci ildə qazandığı Rolan Qarrosdan) raketkaları da yer alıb.

Sentyabrın 8-dək davam edəcək sərgidə tennis, velosiped idmanı, atletika, reqbi, voleybol və həndbolda tarix yazmış idmançıların ləvazimatları, Amerika futbolunda məşhur idmançılara məxsus əşyalar, qolf, basketbol, ​​əfsanəvi yarış sürücülərinin, boksçuların, hokkeyçilərin, qılıncoynadanların geyimləri də daxil olmaqla ümumilikdə 100 eksponat nümayiş etdirilir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm