Nida Təhlil
İranda azərbaycanlı namizədin qələbəsi: iyulun 5-də nə gözlənilir?
İranda seçkilər gözlənildiyi kimi, II tura qaldı. Bu o deməkdir ki, seçki prosesi öncədən planlaşdırılan “mühafizəkarların birləşməsi” ssenarisi üzrə davam edir.
Mühafizəkarlar arasında Qalibafın yox, Səid Cəlilinin önə çıxması isə əsas diqqətçəkən məqamdır. Halbuki, seçkidən öncə iki namizəd Qalibafın xeyrinə geri çəkilmişdi və o, daha loyal fiqur kimi müxtəlif təbəqələr tərəfindən dəstəklənirdi. Bu baxımdan, Qalibafın 3 milyon, Cəlilinin isə 9 milyon civarında səs toplaması şübhələrə yol açır. Seçkiöncəsi rəy sorğularında da mühafizəkar namizədlər arasında Qalibaf Cəlilidən öndə idi. Görünür, dini liderə daha yaxın olan və Rəisi hökuməti tərəfindən də dəstəklənən Cəlilinin önünü açıblar.
I turda 10 milyondan çox səs toplayan Pezeşkianın iyulun 5-də keçiriləcək II turda da liderliyini davam etdirməsi sual altındadır: düz məntiqlə Qalibaf da daxil olmaqla mühafizəkarların səsi II turda Cəliliyə getməlidir, digər tərəfdən, İranda seçkinin təkcə qutulara atılan bülletenlərlə həll edilmədiyini nəzərə alsaq, Cəlilinin yeni prezident olacağı ehtimalı çoxalır;
Bu seçki mübarizəsi kimin seçilməsindən daha çox, mühafizəkar qanada daxili qarşıdurmanı davam etdirəcəkləri təqdirdə, nələrlə üzləşə biləcəklərinin nümayiş etdirilməsi baxımından maraqlıdır.
Asif Nərimanlı
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı




















.jpg)


.jpg)


.jpg)













