İdman
AVRO-2024: 1/8 final mərhələsinin daha iki matçı keçiriləcək
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/8 final mərhələsinin daha iki matçı baş tutacaq.
Publika.az xəbər verir ki, əvvəlcə İngiltərə və Slovakiya komandaları üz-üzə gələcək.
İngiltərə millisi C qrupundan lider kimi növbəti mərhələyə yüksəlib. Slovakiya isə E qrupunda üçüncü olmaqla 1/8 finalda mübarizə aparmaq hüququ qazanıb. Helzenkirhendəki "Feltins Arena"da baş tutacaq matçın start fiti saat 20:00-da səsləndiriləcək.
Günün digər matçı Kölndə keçiriləcək. İspaniya və Gürcüstan milliləri “Reyn Enerqi” stadionunda münasibətlərə aydınlıq gətirəcək. İspaniya 1/8 finala B qrupunun birincisi kimi yüksəlib. Gürcüstan isə F qrupundan ən yaxşı üçüncü kimi növbəti mərhələyə adlayıb. Bu qarşılaşma saat 23:00-da başlayacaq.
AVRO-2024
1/8 final
30 iyun
20:00. İngiltərə - Slovakiya
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Helzenkirhen, "Feltins Arena".
23:00. İspaniya - Gürcüstan
Baş hakim: Fransua Leteksye (Fransa).
Köln, “Reyn Enerqi” stadionu.
-
Sağlamlıq07:39
Yeni qiyamət ssenarisi: göbələklər insanlığın sonunu gətirəcək
-
Region07:10
Türkiyədə iki nazir istefaya getdi – Yeni təyinatlar
-
Hadisə02:43
Bir ailənin 5 üzvü təyyarə qəzasında həlak oldu
-
İdman02:00
Konor bu rusu da hədəf aldı: Siçovulsan, gizlənirsən
-
İdman01:48
Portuqaliya 1/4 finalda - VİDEO
-
Qoroskop00:25
Günün qoroskopu: Səs-küylü əyləncələrə qatılmayın!
-
Nəqliyyat1 İyul 22:56
Azərbaycanda "manatlıq" taksilər tarixə qovuşur
-
Nida Xəbər 1 İyul 21:48
“Neqodnı”ların aqibəti necə olacaq? - RƏSMİ AÇIQLAMA