Avropa
Britaniya İsrailə silah satışını dayandıra bilər
![](https://publika.az/storage/2024/06/30/silah.jpg?v1719896844)
Müxalif Leyboristlər Partiyası Böyük Britaniyada keçiriləcək ümumi seçkilərdə qalib gələrsə, İsrail və Səudiyyə Ərəbistanına silah satışını dayandıracaq.
Publika.az xəbər verir ki, bunu Britaniyanın keçmiş xarici işlər naziri və parlamentə yenidən seçilməyə namizəd Fabian Hamilton deyib.
“Silah satışı məsələsinə gəlincə, əgər gələn həftə seçkilərdə qalib gəlsək, İsrailə silah satışını dərhal dayandıracağıq”, - deyə siyasətçi bildirib.
Hamilton əlavə edib ki, Leyboristlər Britaniyanın ən böyük müştərisi olan Səudiyyə Ərəbistanına da silah satışını dayandıracaq.
Bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirmişdi ki, London İsrailə silah satışı üçün ixrac lisenziyalarının verilməsini dayandırmaq niyyətində deyil. Öz növbəsində İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail ordusuna Amerika silahlarının əvvəlki tədarük həcminin bərpası məsələsi yaxın vaxtlarda həll edilməlidir.
Hüseyn İbadlı
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
Sağlamlıq07:39
Yeni qiyamət ssenarisi: göbələklər insanlığın sonunu gətirəcək
-
Region07:10
Türkiyədə iki nazir istefaya getdi – Yeni təyinatlar
-
Hadisə02:43
Bir ailənin 5 üzvü təyyarə qəzasında həlak oldu
-
İdman02:00
Konor bu rusu da hədəf aldı: Siçovulsan, gizlənirsən
-
İdman01:48
Portuqaliya 1/4 finalda - VİDEO
-
Qoroskop00:25
Günün qoroskopu: Səs-küylü əyləncələrə qatılmayın!
-
Nəqliyyat1 İyul 22:56
Azərbaycanda "manatlıq" taksilər tarixə qovuşur
-
Nida Xəbər 1 İyul 21:48
“Neqodnı”ların aqibəti necə olacaq? - RƏSMİ AÇIQLAMA