10 futbolçu 1/8 finalda oynamayacaq: Türkiyə millisində ciddi itkilər
Bizi izləyin

İdman

10 futbolçu 1/8 finalda oynamayacaq: Türkiyə millisində ciddi itkilər

İyunun 29-da Avropa çempiotında pley-off mərhələsinə start veriləcək.

Publika.az xəbər verir ki, 9 komandadan 10 futbolçu cəza səbəbindən 1/8 final mərhələsini buraxacaq. Onların hər biri qrup mərhələsində iki dəfə xəbərdarlıq alaraq diskvalifikasiya edilən oyunçulardır.

Türkiyə millisinin əsas heyət üzvləri - kapitan Hakan Çalhanoğlu və müdafiəçi Samed Akaydın qrup mərhələsinin son turunun Çexiya ilə oyununda (2:1) cəzalı vəziyyətə düşüblər.

Yalnız İngiltərə - Slovakiya və Fransa - Belçika matçlarında cəzalı futbolçu yoxdur.

İsveçrə - İtaliya: Silvan Vidmer / Rikkardo Kalafiori.
Almaniya - Danimarka: Conathan Ta / Morten Yulmann.
İspaniya - Gürcüstan: heç kim / Anzor Mekvabişvili
Portuqaliya - Sloveniya: heç kim / Erik Yanya.
Rumıniya - Hollandiya: Nikusor Banku / heç kim.
Avstriya - Türkiyə: Patrik Vimmer / Hakan Çalhanoğlu və Samed Akaydın.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm