Hadisə
Keşlədə hərbi sursatlar aşkarlandı - FOTO/VİDEO
![](https://publika.az/storage/2024/06/30/tapld2.jpg?v1719900826)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
Publika.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 192 ədəd 7,62 mm-lik LPS mərmi, 74 ədəd 7,62 mm-lik PS mərmi, 166 ədəd 5,45 mm-lik PS mərmi və 2 ədəd AKM güllə darağı olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
![](https://publika.az/storage/2024/06/30/tapld3.jpg)
![](https://publika.az/storage/2024/06/30/tapildi1.jpg)
![](https://publika.az/storage/2024/06/30/tapld.jpg)
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman10:00
Məşhur kanal penaltini vura bilməyən Ronaldo ilə belə zarafatlaşdı - FOTOFAKT
-
MDB09:30
Zelenskinin arvadı dünyanın ən bahalı idman avtomobilini aldı - Fantastik məbləğ
-
Avropa09:12
Putin NATO-nun hədəfində: hazırlıqlar başladı, 3 mümkün ssenari
-
Sağlamlıq07:39
Yeni qiyamət ssenarisi: göbələklər insanlığın sonunu gətirəcək
-
Region07:10
Türkiyədə iki nazir istefaya getdi – Yeni təyinatlar
-
Hadisə02:43
Bir ailənin 5 üzvü təyyarə qəzasında həlak oldu
-
İdman02:00
Konor bu rusu da hədəf aldı: Siçovulsan, gizlənirsən
-
İdman01:48
Portuqaliya 1/4 finalda - VİDEO