İdman
Çerçesov qazaxlara yalan danışdı, çətin vəziyyətə düşdü
Futbol üzrə Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesov jurnalistin qazax dilində sualına cavab verə bilməyib.
Publika.az xəbər verir ki, bu barədə "Tengri Sport" məlumat yayıb.
Mütəxəssis təqdimat mərasimi və mətbuat konfransı zamanı qazax dilini bildiyini iddia edərək tərcüməçidən imtina edib. Ancaq tədbir zamanı çətin duruma düşüb.
Ona rus dili ilə yanaşı, qazax dilində sual verən jurnalistlər də olub. Bu zaman Qazaxıstan Futbol Federasiyasının prezidenti Adalet Barmenkulovun köməyindən istifadə edib.
Çerçesov yenidən ona qazax dilində sual veriləndə, jurnalistin sözünü kəsib:
- Çerçesov: Bağışlayın, siz haradansınız?
- Jurnalist: Mən Qazaxıstandanam.
- Çerçesov: Niyə mənə belə müraciət edirsən? Mən sizə osetin dilində cavab verə bilərəm?
- Jurnalist: Davam et, cavab ver.
- Çerçesov: Amma heç kim başa düşməyəcək.
Qeyd edək ki, Rusiya mətbuatı Çerçesovun Azərbaycan millisinin baş məşqçi postuna namizədlərdən biri olduğunu iddia edirdi.
Heybət
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi