"Neftçi" Azərbaycan millisinin üzvünü transfer etdi - FOTO
Bizi izləyin

İdman

"Neftçi" Azərbaycan millisinin üzvünü transfer etdi - FOTO

2024/2025 mövsümü öncəsi transfer çalışmalarını davam etdirən “Neftçi” daha bir transferini rəsmiləşdirib.

Publika.az xəbər verir ki, "ağ-qaralar" Azərbaycan millisinin üzvü Emil Səfərovla 3 illik müqavilə imzalayıb.

“Qəbələ”nin yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi 2021-ci ildən bu komandanın şərəfini qoruyub və 2023-cü ildə Azərbaycan Kubokunun qalibi olub. O, yığmanın heyətində 4 oyuna çıxıb.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl monteneqrolu yarımmüdafiəçi Edvin Kuçu transfer etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm