İdman
Avropa çempionatında iştirak edəcək güləşçilərimiz bəlli oldu
![](https://publika.az/storage/2024/06/30/17197593456255717180_1200x630.jpg?v1719926507)
Serbiyanın Novi Sad şəhərində keçiriləcək U-20 Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub.
Azərbaycan Güləş Federasiyasından Publika.az-a verilən məlumata görə, qitə birinciliyinin ilk günlərində yunan-Roma güləşçilərimiz çıxış edəcəklər. Heyətdə Rahim Həsənov (55 kiloqram), Tural Əhmədov (60 kiloqram), Məhəmməd Şükürzadə (63 kiloqram), Fəraim Mustafayev (67 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Davud Məmmədov (77 kiloqram), İsmayıl Rzayev (82 kiloqram), Əli Quliyev (87 kiloqram), Mahir Qurbanlı (97 kiloqram) və Məzaim Mərdanov (130 kiloqram) yer alıblar.
Daha sonra mübarizəyə qoşulacaq qadın güləşçilər - Elvina Kərimzadə (50 kiloqram), Əsmər Cankurtaran (53 kiloqram), Nərgiz Səmədova (55 kiloqram), Gülər Həbibova (57 kiloqram), Ruzanna Məmmədova (59 kiloqram) və Fatimə İsayeva (68 kiloqram) uğur qazanmağa çalışacaqlar.
Yarışın son günlərində isə sərbəst güləşçilərdən Vasif Bağırov (57 kiloqram), Camal Abbasov (61 kiloqram), Musa Verdiyev (65 kiloqram), Ramik Heybətov (70 kiloqram), Əhməd Əhmədli (74 kiloqram), Nurudin Maqomedqadjiyev (79 kiloqram), Sadiq Mustafazadə (86 kiloqram), Anar Cəfərli (92 kiloqram), Xetaq Karsanov (97 kiloqram) və Yusif Dursunov (125 kiloqram) mübarizəyə qoşulacaqlar.
U-20 Avropa çempionatında I kateqoriyalı hakimlərimizdən Natiq Hacıyev ilə Vüqar Şükürov ədaləti qoruyacaqlar.
Yarışa sabah start veriləcək.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
Sosial17:13
Seçki məntəqələrinin yeni sədrlərinə nəzarət etmək lazımdır
-
Sosial16:08
"İlin iş xanımı" seçilən direktor buna görə saxlanıldı - VİDEO
-
Rəsmi xronika15:19
İlham Əliyev bu qanunları təsdiqlədi
-
İqtisadi gündəm14:42
Prezident təsdiqlədi: Bu şəxslərin pensiyası artacaq
-
Nida Xəbər 14:09
Azərbaycanın ABŞ-dakı baş konsulu geri çağırıldı
-
Maraq dünyası12:41
Həyat yoldaşını əl üstündə saxlayan 3 BÜRC
-
Sosial12:15
Hazırda nişanlı olan qohumların nikahına icazə veriləcək?
-
Dünya11:47
Türkiyə 2 düşmən ölkəni bir araya gətirir: Ortalıq qarışacaq