Türkiyə 2 düşmən ölkəni bir araya gətirir: Ortalıq qarışacaq
Bizi izləyin

Dünya

Türkiyə 2 düşmən ölkəni bir araya gətirir: Ortalıq qarışacaq

Somali ilə bir çox hərbi və enerji müqavilələri imzalayan və neft ehtiyatlarını çıxarmağa hazırlaşan Türkiyə strateji addım atıb.

Publika.az xəbər verir ki, Türkiyənin ev sahibliyi edəcəyi görüşlərdə Somali rəhbərliyi ilə düşmən olan Efiopiya bir araya gələcək. Danışıqlar mövzusuna Efiopiya-Somaliland razılaşması və bölgədəki diplomatik böhran daxildir.

Danışıqlarda Moqadişu administrasiyasını xarici işlər naziri Əhməd Moalim Fiqinin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək. Somali hökuməti Efiopiyanın Somaliland ilə razılaşmasını geri götürəcəyi təqdirdə, Qalmuduq əyalətindəki Hobyo limanına Efiopiyaya giriş icazəsi verməyi planlaşdırır.

Qeyd edək ki, Efiopiya ilə Somaliland arasında imzalanan dəniz müqaviləsinin yaxın günlərdə qüvvəyə minəcəyi və bunun bölgədə gərginliyi artıracağı gözlənilirdi. Hazırda isə Somalidə minlərlə Efiopiya əsgəri var.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm