Ölkənin ən gözəl qadın polisi Paris-2024-də çıxış edəcək - FOTOLAR
Bizi izləyin

İdman

Ölkənin ən gözəl qadın polisi Paris-2024-də çıxış edəcək - FOTOLAR

Məlum olduğu kimi, iyulun 26-dan avqustun 11-dək Parisdə Yay Olimpiya Oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, Olimpiadada iştirak etmək hüququ qazanan idmançılardan biri də moldovalı kanoeçi Daniela Koçiudur. 24 yaşlı gözəl sərhəd polisinin əməkdaşıdır.

Koçiu artıq 2021-ci ildə Tokioda keçirilən Olimpiya Oyunlarında çıxış edib. O, tərəfdaşı Mariya Olarasu ilə birlikdə 7-ci yeri tutub. 2023-cü ildə onlar Portuqaliyada kayak və kanoe üzrə 23 yaşadək gənclər arasında Avropa çempionatında qızıl medal qazandıblar.

Müsahibələrinin birində Daniela uşaqlıqdan idmanı və aktiv həyat tərzini sevdiyini, həmçinin məktəbdə bütün yarışlarda həmişə birinci olduğunu söyləyib: "14 yaşımda kanoe sürməyə başladım, lakin 2016-cı ildə ilk beynəlxalq yarışımda iştirak etdikdən sonra bu idmana aşiq oldum".

Bu ilin mayında Daniela və Mariya Macarıstanın Seqed şəhərində keçirilən Dünya Kubokunda gümüş medal qazanıblar. Moldova mətbuatında Leusenidəki keçid məntəqəsində ölkəyə qayıdarkən sərhədçilərin idmançıları gül-çiçəklə qarşıladığı xəbəri yayılıb.

Qeyd edək ki, Moldovanı Parisdə keçiriləcək Olimpiya Oyunlarında dövlət sərhəd polisinin dörd əməkdaşı təmsil edəcək. Daniela Koçiudan başqa, bunlar güləşçilər Anastasiya Nikita və Viktor Çiobanu, həmçinin çəkicatan Zalina Marqiyevadır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm