Kroos son oyununu şərh etdi: Xəyallarımız puç oldu
Bizi izləyin

İdman

Kroos son oyununu şərh etdi: Xəyallarımız puç oldu

Almaniya millisinin yarımmüdafiəçisi Toni Kroos komandasının Avropa çempionatının 1/4 finalında İspaniyaya məğlubiyyətini (1:2) şərh edib.

Publika.az xəbər verir ki, o, futbolçu karyerasının son oyunu barədə bu sözləri deyib:

“Almaniya komandasını bir az da olsa yaxşılaşdırmağa kömək etdiyim üçün şadam. Amma bu gün çox kədərlənirik. Bizim böyük hədəfimiz var idi və indi xəyallarımız puç oldu. Uğura bu qədər yaxın olanda bu, çox acıdır”.

Qeyd edək ki, İspaniya ilə matç Kroos üçün karyerasında sonuncu olub. Klub səviyyəsində alman yarımmüdafiəçi 754 oyuna çıxıb, 73 qol vurub və 166 məhsuldar ötürmə edib. Milli komandanın heyətində Toni 113 matçda iştirak edib, 17 qol vurub, 21 məhsuldar ötürmə edib. 2014-cü ildə Kroos Almaniya millisi ilə dünya çempionu olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm