Yığmanın baş məşqçisi həbs edildi: Terrorizmi təbliğ edib?
Bizi izləyin

İdman

Yığmanın baş məşqçisi həbs edildi: Terrorizmi təbliğ edib?

Sərbəst güləş üzrə Rusiya yığmasının gənclər komandasının böyük məşqçisi Əlişiri Kəmaləddin İsmətzoda terrorizmi təbliğ etdiyinə görə həbs edilib.

Publika.az “RİA Novosti Sport”a istinadən xəbər verir ki, iyulun 3-də Moskvanın Şerbinski Məhkəməsində Rusiya İstintaq Komitəsi İsmatzodaya qarşı terror fəaliyyətinə yardımçı olmaqda ittiham edib və onu avqustun 28-dək ilkin həbsdə saxlayıb.

Saxlanılan İsmətzoda Rusiyanın idman ustası və yüksək kateqoriyalı məşqçidir. O, Rusiya gənclər komandası (16 yaşa qədər qızlar) və Moskva gənclər komandası (16 yaşa qədər oğlanlar) ilə çalışıb.

Xatırladaq ki, Əlişiri iyulun 1-də terrorçuluq fəaliyyətinə sövq etmə və cəlb etmədə şübhəli bilinərək saxlanılıb. Bildirilib ki, İsmətzodanın mənzilində axtarış zamanı ekstremist ədəbiyyat aşkarlanıb. İstintaqın məlumatına görə, mütəxəssisin hazırda Tacikistanda terrora görə saxlanılan qohumu var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm