Messinin zədəsi sağalmır?
Bizi izləyin

İdman

Messinin zədəsi sağalmır?

Yığmanın baş məşqçisi Lionel Skaloni futbolçu Lionel Messinin zədəsindən danışıb.

Publika.az xəbər verir ki, mütəxəssis əzələ zədəsindən əziyyət çəkən Lionel Messinin vəziyyəti ilə bağlı sualı cavablandırıb:

“Messi ilə bağlı qərar verməzdən əvvəl gözləyəcəyik. Lautaro Martines və Yulian Alvares kimi seçimlərimiz var. Leo orada olmasa, oyuna birlikdə başlaya bilərlər. Hələ qərar gözləyəcəyik. Leo oynamasa, hər şey dəyişəcək, amma biz onu qorumağa çalışacağıq. Son ana qədər gözləmək və ona vaxt vermək ədalətlidir. Son məşqdən əvvəl onunla danışacağam”.

Qeyd edək ki, Argentina - Ekvador matçı iyulun 5-i gecə saat 05:00-da keçiriləcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm