Paris Yay Olimpiya Oyunları ləğv olunur? - ŞOK İDDİA
Bizi izləyin

İdman

Paris Yay Olimpiya Oyunları ləğv olunur? - ŞOK İDDİA

Bu yay Parisdə keçiriləcək Yay Olimpiya Oyunları ləğv edilə bir.

Publika.az xəbər verir ki, bununla bağlı Fransanın “Le Point” qəzetində məqalə dərc olunub.

Nəşr Olimpiadanın təxirə salına və ya ləğv oluna biləcəyi bildirilib. Məqalədə idman dünyasının ən böyük yarışının başlamasına 3 həftə qalmış ləğv edilmə ehtimalının yüksək olduğu iddia edilir. Səbəb kimi isə Fransa prezidenti Emmanuel Makronun seçkilərdən sonra ölkədə vətəndaş müharibəsi təhlükəsi ilə bağlı açıqlamasıdır.

Beynəlxalq Olimpiya Komitəsi yayımlanan məqaləyə dərhal reaksiya verib. Qurumun mətbuat xidməti bəyanat yayaraq iddiaya münasibət bildirib:

“Bu, açıq-aydın Fransaya, BOK-a, onun prezidentinə və Olimpiya Oyunlarına qarşı davam edən dezinformasiya kampaniyasının bir hissəsidir. Bu məlumat heç bir faktiki məlumatlara əsaslanmır. BOK prezidenti və bütün Olimpiya hərəkatı iyulun 26-da baş tutacaq açılış mərasimindən başlayaraq keçiriləcək möhtəşəm Olimpiya Oyunlarını səbirsizliklə gözləyir”.

Qeyd edək ki, Paris Olimpiadasına iyulun 26-da start veriləcək və avqustun 11-ə kimi davam edəcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm