Almaniya millisinə sərt qadağa: Onlarla görüşmək olmaz
Bizi izləyin

İdman

Almaniya millisinə sərt qadağa: Onlarla görüşmək olmaz

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann futbolçulara Avropa çempionatının sonuna qədər həyat yoldaşları və sevgililəri ilə görüşməyi qadağan edib.

Publika.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Bildirilir ki, əvvəlcə futbolçuların həyat yoldaşlarına və rəfiqələrinə Almaniya millisinin düşərgəsinə baş çəkməyə icazə verilib. Lakin Almaniyanın 1/4 finala yüksəlməsi ilə onların bazaya buraxılması qadağan edilib. Nagelsmann hesab edir ki, xanımlar oyunçuların matçlar öncəsi fikirlərini yayındıracaqlar.

Qeyd edək ki, Almaniya 1/4 finalda İspaniya ilə qarşılaşacaq. Görüş iyulun 5-də Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm