Spalettinin taleyi necə olacaq? - Federasiya fikrini dəyişdi
Bizi izləyin

İdman

Spalettinin taleyi necə olacaq? - Federasiya fikrini dəyişdi

Avro-2024-ün 1/8 finalında İsveçrə ilə oyundan sonra turnirdən kənarlaşdırıldıqdan sonra İtaliya Futbol Federasiyası Luçano Spalettini millinin baş məşqçisi postundan uzaqlaşdırmamaq qərarına gəlsə də, planlar dəyişib.

Publika.az xəbər verir ki, 65 yaşlı mütəxəssisə etimad göstərmək qərarına gəlinib. İtaliya mətbuatının yazdığına görə, vəziyyəti düzəltmək üçün Spalettiyə 4 oyun vaxt verilib. Bu qarşılaşmalar Millətlər Liqasının matçları olacaq.

Millinin oyununda irəliləyiş müşahidə edilməsə, Spallettiyə əvəzləyici axtarılacaq. Hazırda iki namizədə baxılır – Massimiliano Alleqri və Klaudio Ranyeri.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm