Daha bir türkdən "bozqurd" salamı: Merihə belə dəstək oldu - FOTO
Bizi izləyin

İdman

Daha bir türkdən "bozqurd" salamı: Merihə belə dəstək oldu - FOTO

Serbiyada keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə 82 kiloqram çəki dərəcəsində çempion olan Türkiyə təmsilçisi Alperen Berber diqqət mərkəzinə düşüb.

Publika.az xəbər verir ki, bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanan idmançı qələbəsini "bozqurd" işarəsi göstərməklə qeyd edib. Bununla o, futbol üzrə Türkiyə millisinin üzvü Merih Demirala dəstəyini nümayiş etdirib.

Məlum olduğu kimi, Avro-2024-ün 1/8 final mərhələsinin Avstriya ilə oyununda dubl edən müdafiəçi qol sevincini "bozqurd" salamı ilə qeyd etmişdi. Onun bu jesti Avropada böyük səs-küyə səbəb olub. Nəticədə UEFA Merih Dəmirala qarşı iş açıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm