İdman
İki güləşçimizi AÇ-nin finalında
![](https://publika.az/storage/2024/07/05/screenshot_52.jpg?v1720481383)
Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.
Publika.az xəbər verir ki, bu gün sərbəst güləşçilərin yarışına start verilib.
Vasif Bağırov (57 kq) fransalı Rasul Qalburayev (11:0) və macarıstanlı Karoli Barata (tuş) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Yeniyetmələr arasında Avropa və dünya çempionumuz belaruslu Herbert Akapyana da heç bir şans tanımayıb – 10:3. Vasif finalda rusiyalı Lev Pavlovla güləşəcək.
Musa Verdiyev (65 kq) polşalı Dominik Yaquşa 5:2 hesabıyla qalib gəlsə də, 1/4 finalda fransalı Xızır Dasıyevə 3:7 hesabıyla məğlub olub.
Ramik Heybətov (70 kq) polşalı Zəlimxan Mutsukayevlə (3:2) yunanıstanlı Georgios Yakemidisi (3:1) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda almaniyalı Rostislav Lextə uduzub – 2:3.
Nurudin Maqomedqadjiyev (79 kq) 1/8 finalda türkiyəli Cengizhan Doğana 1:4 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Nurudin sabah təsəlliverici görüşdə litvalı Paulius Leskauskasla qarşılaşacaq.
Xetaq Karsanov (97 kq) slovakiyalı Adam Jaksik (3:0) və moldovalı Konstantin Buzanı (10:0) yolundan kənarlaşdıraraq yarımfinala yüksəlib. Xetaq yarımfinalda gürcüstanlı Ramini Qulitaşvilini də vaxtından əvvəl məyus edib – 11:0. Karsanov sabah finalda rusiyalı Şaxman Nuxayevlə güləşəcək.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
Elm və təhsil01:05
Sentyabrdan məktəblərdə şənbə günü də dərs olacaq? - AÇIQLAMA
-
Sosial00:47
Zirəddindən şok açıqlama: o, təcavüz edilərək öldürülüb - VİDEO
-
Qoroskop00:29
Günün qoroskopu: Riskli işlərə başlamayın!
-
İdman8 İyul 22:20
Tanınmış şərhçiyə "Neftçi"də yüksək vəzifə verildi
-
Magazin18 İyul 22:08
Səidə Sultandan qalmaqallı açıqlama: "Kişini pozan qadındır" - VİDEO
-
İdman8 İyul 21:33
Avropa çempionatının ən sürətli futbolçuları - SİYAHI
-
MDB8 İyul 20:50
Putin onu ölümündən sonra mükafatlandırdı - FOTO
-
Magazin18 İyul 20:10
Niyaməddin Musayev əməliyyat olundu