Nida Xəbər
“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - DOSYE
Sabir Kamal oğlu Hacıyev "Şöhrət" ordeni ilə təltif edilib.
Publika.az xəbər verir ki, Sabir Hacıyev 1954-cü il oktyabrın 5-də Göyçay şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əməkdar hüquqşünasdır. Rus və ingilis dillərini bilir.
1977-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VVAQ İdarəsində məsləhətçi, baş məsləhətçi, Qanunların Sistemləşdirilməsi və Qanun Layihələrinin Hazırlanması İdarəsində baş məsləhətçi, rəis müavini işləyib. 1988-ci ildən respublika prokurorunun köməkçisi, Nazirlər Soveti Hüquq şöbəsinin müdiri vəzifələrində çalışıb. 1990-1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Dövlət-hüquq şöbəsinin müdiri, Azərbaycan Respublikasının hüquq siyasəti üzrə dövlət müşaviri olub.
On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Milli Məclisin Aqrar siyasət komitəsi sədrinin müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Qətər, Liviya, Lüksemburq, Polşa, Rusiya, Ukrayna, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında və Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.
2 övladı var.
-
Müsahibə16:00
Almanla ailə quran azərbaycanlı xanım: Andreas Günaya evlilik təklifini necə edib?
-
Maraq dünyası15:30
Müqəddəs kitabda adı çəkilən şəfa ağacı tapıldı: Görün nələrə qadirdir
-
Sağlamlıq15:00
Uşaqlar niyə kütləvi şəkildə xəstələnir? - Zənglərin ardı-arası kəsilmir
-
Sosial14:32
Bakı yollarının zolaqlı problemi - 100 manat cərimə və...
-
Nida Xəbər 14:25
“Azərenerji”nin prezidentinə şiddətli töhmət verildi - Sərəncam
-
Rəsmi xronika13:30
Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edildi
-
Qoroskop12:57
Ən əsəbi 3 bürc - Gözlərinə görünməyin, nə edəcəkləri bəlli olmaz
-
Nida Xəbər 11:52
Heydər Əliyev və xanımı film təqdimatında - FOTO