"Real" daha bir ulduzu transfer edir
Bizi izləyin

İdman

"Real" daha bir ulduzu transfer edir

"Bayern"in və Almaniya millisinin 29 yaşlı yarımmüdafiəçisi Coşua Kimmix tezliklə Münhen klubunu tərk edə bilər.

Publika.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.

"Real" bu yay Kimmixi transfer etmək istəyir. Coşuanın karyerasını bitirən həmyerlisi Toni Kroosu əvəzləyəcəyi planlaşdırılır.

Madrid klubunun ciddi rəqibləri var – PSJ və “Barselona”. Qeyd olunur ki, "Bayern" ulduz futbolçusu üçün 40-50 milyon avro almaq istəyir.

Ötən mövsüm Kimmix "Bayern"in heyətində 43 oyun keçirib, 2 qol vurub və 10 məhsuldar ötürmə verib.

Qeyd edək ki, bu yay "Real" ilk "transfer bombası"nı partladıb. "Qalaktikos" fransalı ulduz Kilian Mbappeni azad agent statusu ilə heyətinə qatıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm