Maradonanın qızından şok açıqlama: "Atamla danışıram"
Bizi izləyin

İdman

Maradonanın qızından şok açıqlama: "Atamla danışıram"

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın qızı Dalma maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, mərhum atası ilə ekstrasens qadının köməyi ilə əlaqə saxladığını bildirib.

“Bir il əvvəl məni bir qadınla tanış etdilər. Mən ona güvənirdim, çünki o da yaxınlarını itirib. Dedim: “Gəlin cəhd edək”. Və o, mənə bilmədiyi bir şey söylədi. Bunlar heç bir yerdə tapılmayan şəxsi faktlar idi. Bu ekstrasens qadını dostlarıma və ailəmə tövsiyə etdim. Baş verənlər gözəldir! Mən həmişə belə şeylərə inanmışam və indi atamla danışandan sonra daha da inanıram”, – deyə Dieqonun qızı “Marca”ya bildirib.

Qeyd edək ki, Maradona 2020-ci ilin noyabrında 60 yaşında vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm