Qazaxıstanda referendum: vətəndaşların 50 faizindən çoxu...
Bizi izləyin

Dünya

Qazaxıstanda referendum: vətəndaşların 50 faizindən çoxu...

Qazaxıstanda AES tikintisi ilə bağlı keçirilən referenduma dair saat 14:00-a olan məlumata görə, səsvermədə iştirak edən ölkə vətəndaşlarının 50 faizindən çoxu seçki məntəqələrinə gəlib.

Publika.az xəbər verir ki, bunu Mərkəzi Referendum Komissiyasının üzvü Sabila Mustafina deyib.

Onun sözlərinə görə, saat 14:00-a qədər 6 milyon 339 min 425 vətəndaş seçki bülleteni alıb ki, bu da seçki siyahılarına daxil olanların 51,77 faizini təşkil edir.

“Respublika referendumu haqqında” Respublika Konstitusiya Qanununun 31-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq referendumda iştirak etmək hüququ olan vətəndaşların yarıdan çoxu səsvermədə iştirak etdikdə, bu referendum baş tutmuş sayılır”, - deyə Mustafina qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm