İdman
Olimpiya çempionu məhkəmədən qaçan cinayətkarı belə zərəsizləşdirib
2012-ci ilin boks üzrə Olimpiya çempionu Yeqor Mexontsev Yekaterinburqda məhkəmə binasından qaçan cinayətkarı saxlamağa necə kömək etdiyini danışıb.
Publika.az xəbər verir ki, bu barədə "TASS" 39 yaşlı Mexontsevdən sitat gətirib:
“Maşınla keçirdim və kişilər arasında dava gördüm. Yaxınlaşdıqda, anladım ki, hüquq-mühafizə orqanlarının nümayəndəsi ilə məhkəmədən qaçan bir nəfər arasında dava gedir. Maşına qayıtdım, hələ də polis xidmətində olduğum vaxtdan məndə olan qandalları çıxarıb asayiş keşikçisinə təhvil verdim.
Mən də ona kömək etdim və hücum edənin əllərini burdum ki, qaça bilməsin. Məlum oldu ki, o, sərxoş halda avtomobillə kimisə vurub”.
Mexontsev 2009-cu ilin dünya çempionu, həmçinin 2008 və 2010-cu illərdə ikiqat Avropa çempionudur.
-
ABŞ10:45
Trampın oğlu Zelenskini ələ saldı: 38 gününüz qaldı
-
Sosial10:05
Xəzərdə görünən nəhəng heyvanın ilk görüntüsü - Video
-
Hadisə09:48
Goranboyda minaya düşən hərbçimizlə bağlı YENİ XƏBƏR
-
İdman09:24
Qurban Qurbanov bu klubun təklifindən niyə İMTİNA ETDİ?
-
Sağlamlıq08:36
Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
-
Sosial07:47
Azərbaycanda vəzifəli şəxs İŞDƏN ÇIXARILDI
-
Ekologiya07:17
Qar yağacaq, dolu düşəcək - PROQNOZ
-
Magazin106:46
Çinarə viral olan rəqsi təkrarladı - VİDEO